Beynəlxalq Mədinə İslam Universitetinin məzunu Adil Rəcəbov.
بسم الله الرحمن الرحيم
BİRİNCİ DƏRS.
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və sahabələrinə salavat və salam olsun. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavatı və salamı olsun) Onun qulu və Elçisidir.SUAL 1: Dinin mərtəbələri hansıdır?
CAVAB: Dinin mərtəbələri üçdür: İslam, iman və ehsan. Bunun dəlili, Ömər ibn Xattabdan (Allah ondan razı qalsın) gələn hədisdir. O belə rəvayət edir: “Bir gün biz Allah Elçisinin (Allahın ona salavatı və salamı olsun) yanında idik. Birdən ağ paltarlı, qara saçlı bir kişi peyda oldu. Onun üzərində səfər əlaməti görsənmirdi və bizdən heç kəs onu tanımırdı.
Nəhayət, o gələrək Peyğəmbərin (Allahın ona salavatı və salamı) yanına oturdu və dizlərini onun dizlərinə söykədi və əllərini ayaqlarının üzərinə qoydu və dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver.”
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “İslam – sənin “lə iləhə illəllah, Muhəmmədun Rasulullah” (Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Muhəmməd Onun Elçisidir) şəhadətini gətirməyin, namaz qılmağın, oruc tutmağın, zəkat verməyin və gücün çatarsa Allahın Evinə həcc etməyindir.”
Dedi: “Doğru deyirsən.” Biz ona təəcübləndik. O həm soruşur, həm də təsdiq edirdi.
Dedi: “Mənə iman haqqında xəbər ver.”
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “İman – Allaha, Onun mələklərinə, Kitablarına, Elçilərinə, Qiyamət gününə, qədərin xeyirinə və şərrinə iman gətirməyindir.”
Dedi: “Doğru dedin.” Sonra dedi: “Mənə ehsan haqqında xəbər ver.” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Ehsan – Allahı görürmüş kimi ibadət etməyindir. Bil ki, sən Onu görməsən də, Onun səni görür.”
Sonra dedi: “Mənə Qiyamət haqqında xəbər ver.”
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Soruşulan soruşandan daha yaxşı bilmir.”
Dedi: “Onun (Qiyamətin) əlamətlərini mənə xəbər ver.”
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “(Onun əlamətləri) Qul qadının öz ağasını doğması, ayaqyalın, çılpaq və kasıb çobanları hündür binalar tikməkdə yarışmağını görməyindir.”
O kişi yola düşdü və mən uzun müddət gözlədim. Daha sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənə buyurdu: “Ey Ömər, onun kim olduğunu bilirsənmi?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir.” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “O Cəbrayıl (Allahın ona salamı olsun) idi, sizə dininizi öyrətməyə gəlmişdi. (Səhih Muslim)
SUAL 2: Bizə öyrənməyimiz vacib olan 4 məsələ hansıdır?
CAVAB: 1) Elm; 2) Əməl; 3) İnsanın öyrənib, əməl etdikdən sonra ona çağırması, dəvət etməsi; 4) Bu yollarda səbr etməsi. Bunun dəlili Muhəmməd surəsinin 19-cu ayəsidir. Allah təalə buyurur: “Bil ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və günahının bağışlanmasını dilə.” Bu ayə dəlildir ki, elm əməldən öncə gəlir. İkinci dəlil isə Əsr surəsidir. Allah təalə buyurur: “And olsun əsrə (vaxta, zamana)! Həqiqətən, hər bir insan ziyan içərisindədir. Yalnız iman gətirib saleh əməl edən, haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa.” Deməli, ziyandan çıxan kəslər, elm öyrənən, elm öyrəndikdən sonra əməl edən, sonra haqqı tövsiyə edən, sonra da bu yolda səbr edənlərdir.
SUAL 3: Hər bir müsəlmana bilməsi vacib olan üç əsas hansıdır?
CAVAB: Həmin üç əsas bunlardır: Allahı tanımaq, Peyğəmbəri (Allahın ona salavatı və salamı olsun) tanımaq və İslam dinini dəlilləri ilə öyrənmək, bilməkdir. Bu da insanın qəbrdə soruşulacağı üç sualdır. Bunun dəlili isə Bəra ibn Azibdən (Allah ondan razı qalsın) gələn hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur:
“İnsan qəbrə qoyulduqdan sonra iki mələk gələcək və onu oturdaraq ona deyəcəklər: “Rəbbin kimdir?” Mömin insan deyəcəkdir: “Rəbbim Allahdır.”
Ona deyəcəklər: “Dinin nədir?” Deyəcəkdir: “Dinim İslamdır.”
Ona deyəcəklər: “Sizə göndərilən bu kişi kimdir?” O deyəcəkdir: “O, Allahın Elçisidir (Allahın ona salavatı və salamı) olsun.”SUAL 4: Rəbbin kimdir?
CAVAB: Rəbbim Allahdır. Bunun dəlili Fatihə surəsinin 2-ci ayəsidir. Allah təalə buyurur: “Aləmlərin Rəbbi olan Allah həmdə layiqdir.”SUAL 5: Peyğəmbərin kimdir?
CAVAB: Peyğəmbərim Muhəmməddir (Allahın ona salavatı və salamı olsun). Bunun dəlili Əhzab surəsinin 40-cı ayəsidir. Allah təalə buyurur: “Muhəmməd sizin kişilərinizdən heç birisinin atası deyildir. Lakin o, Allahın Elçisi, nəbilərin sonuncusudur.”SUAL 6: Dinin nədir?
CAVAB: Dinim İslam dinidir. Bunun dəlili, Ali İmran surəsinin 19-cu ayəsidir. Allah təalə buyurur: “Allah qatında məqbul din İslam dinidir.”SUAL 7: Səni kim yaratmışdır?
CAVAB: Allah məni və bütün məxluqatı yaratmışdır. Bunun dəlili Zumər surəsinin 62-ci ayəsidir. Allah təalə belə buyurur: “Allah hər bir şeyin Xaliqidir.”SUAL 8: Allah bizi nə üçün yaratmışdır?
CAVAB:Allah bizi Özünə ibadət etmək üçün yaratmışdır. Bunun dəlili Zəriyət surəsinin 56-cı ayəsidir. Allah təalə buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım.”SUAL 9: İbadət nədir?
CAVAB: İbadət – Allah təalənin sevdiyi və razı qaldığı zahiri və batini söz və əməllərin ümumi adıdır. Bunun dəlili Zumər surəsinin 7-ci ayəsidir. Allah təalə buyurur: “Əgər siz küfr etsəniz, Allahın sizə ehtiyacı yoxdur. Allah bəndələrinin küfr etməsinə razı qalmaz. Əgər siz şükr etsəniz, Allah bundan razı qalar.” Həmçinin buna dəlil Bəyyinə surəsinin 5-ci ayəsidir. Allah təalə buyurur: “Onlara əmr olunmuşdur ki, dini yalnız Allaha aid edərək ibadət etsinlər.” Həmçinin buna digər dəlil Həcc surəsinin 77-ci ayəsidir. Allah təalə buyurur: “Ey iman gətirənlər! Ruku edin, səcdə edin və Rəbbinizə ibadət edin və xeyir işlər görün ki, nicat tapasınız.”
SUAL 10: İslam nədir?
CAVAB: İslam – Allaha tövhidlə təslim olmaq, itaətlə Ona boyun əymək, şirk və şirk əhlindən uzaq olmaqdır. Buna dəlil Həcc surəsinin 34-cü ayəsidir: “Sizin ilahınız Tək olan İlahdır. Yalnız Ona təslim olun və sən Allaha müti olanları müjdələ.”
İKİNCİ DƏRS.SUAL 11: İslamın dayaqları neçədir?
CAVAB: İslamın dayaqları beşdir: “Lə iləhə illəllah, Muhəmmədun Rasulullah” (Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, Muhəmməd Onun Elçisidir) şəhadəti, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və yol baxımından gücü çatanın həcc etməsidir. Buna dəlil, İbn Ömərdən (Allah hər ikisindən razı qalsın) gələn hədisdir. O, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə buyurduğunu rəvayət etmişdir: “İslam beş dayaq üzərində qurulmuşdur. “Lə iləhə illəllah, Muhəmmədun Rasulullah” şəhadəti, namaz qılmaq, zəkat vermək, həccə getmək və Ramazan orucu tutmaqdır.” (Səhih Buxari və Muslim)
SUAL 12: O hansı dindir ki, Allah təalə ondan başqasını qəbul etmir?
CAVAB: O, İslam dinidir. Dəlil, Ali İmran surəsinin 85-ci ayəsidir. Allah təalə buyurur: “Kim İslamdan başqa bir dinin ardınca gedərsə, bu, ondan qəbul olunmaz. O, Axirətdə ziyana uğrayanlardan olar.”
SUAL 13: Hər doğulan uşaq hansı din üzərində doğulur?
CAVAB: Hər doğulan uşaq İslam dini üzərində doğulur. Bunun dəlili, Əbu Hureyranın (Allah ondan razı qalsın) Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) rəvayət etdiyi hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Hər doğulan uşaq fitrət üzərində (İslam üzərində) doğulur. Onu yəhudiləşdirən, yaxud xristiyanlaşdıran və yaxud da məcusiləşdirən onun valideynləridir.” (Səhih Buxari və Muslim)SUAL 14: Küfr dinlərindən, küfr millətlərindən dördünü qeyd et.
CAVAB: Yəhudilik, xristiyanlıq, sabiilik və məcusilik (atəşpərəstlik). Bunun dəlili, Həcc surəsi 17-ci ayədir. Allah təalə buyurur: “Şübhəsiz ki, Allah təalə, möminlər, yəhudilər, sabiilər, xristiyanlar, məcusilər və müşriklər arasında Qiyamət günü hökm verəcəkdir. Allah təalə hər şeyə Şahiddir.” SUAL 15: Yəhudilər və xristiyanlar möminlərdən razıdırlarmı?
CAVAB: Xeyr. Bunun dəlili, Bəqara surəsi 120-ci ayədir. Allah təalə buyurur: “Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. De: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!”SUAL 16: Yaranmışların ən pisi və ən xeyirlisi kimdir?
CAVAB: Yaranmışların ən şərlisi, ən pisi kafirlərdir və yaranmışların ən xeyirlisi isə möminlərdir. Bunun dəlili, Bəyyinə surəsinin 6-8-ci ayələridir. Allah təalə buyurur: “Kitab əhlindən kafir olanlar və müşriklər Cəhənnəm odunda olacaqlar. Onlar orada əbədi qalacaqlar. Onlar yaranmışların ən pisidirlər. İman gətirib saleh əməl edənlər isə yaranmışların ən xeyirliləridir. Onların Rəbbi qatında mükafatı ağacları altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razı qalmışdır və bu da Rəbbindən qorxan kimsə üçündür.” SUAL 17: Kafir xoş həyat yaşayırmı, xoş həyat içərisində olurmu?
CAVAB: Xeyr. Bunun dəlili, Ta Hə surəsinin 124-cü ayəsidir. Allah təalə buyurur: “Kim Mənim zikrimdən (Qurandan və Qurandakı əmrlərdən) uzaq olarsa (qadağalardan çəkinməzsə), onun güzəranı, yaşayışı sıxıntı içərisində olar və Qiyamət günü Biz onu kor olaraq həşr edərik.”SUAL 18: Əhli-Kitab (Kitab əhli) kimdir?
CAVAB: Kitab əhli – yəhudilər və xristiyanlardır. Bunun dəlili Bəqara surəsi 113-cü ayədir. Allah təalə belə buyurur: “Yəhudilər dedilər: “Xristiyanlar doğru-düzgün, mötəbər bir şey üzərində deyillər.” Həmçinin xristiyanlar dedilər: “Yəhudilər də doğru-düzgün din üzərində, mötəbər bir iş üzərində deyillər.” Halbuki onlar Kitab oxuyurlar.” Həmçinin Maidə surəsinin 68-ci ayəsində Allah təalə buyurur: “Ey Kitab əhli, Tövrata, İncilə və Rəbbiniz tərəfindən sizə nazil edilənə (Qurana) əməl etmədikcə, siz doğru-düzgün din üzərində olmazsınız.”SUAL 19: İslam dini kamildirmi, yoxsa onun kamilləşməyə ehtiyacı varmı?
CAVAB:İslam dini kamildir. Bunun dəlili Maidə surəsinin 3-cü ayəsidir. Allah təalə buyurur: “Bu gün Mən sizin dininizi mükəmməl etdim, sizə olan nemətimi tamamladım və sizin üçün İslamı din olaraq seçdim.”SUAL 20: Müsəlman öz dinini haradan götürür?
CAVAB: Qurandan və Sünnədən. Bunun dəlili Əraf surəsinin 3-cü ayəsidir. Allah təalə buyurur: “Rəbbiniz tərəfindən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz..” Həmçinin Allah təalə Həşr surəsinin 7-ci ayəsində buyurur: “Peyğəmbər sizə nəyi versə onu götürün, sizi nədən çəkindirirsə, ondan çəkinin.” Həmçinin Nisa surəsinin 115-ci ayəsində Allah təalə buyurur: “Kim doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxarsa, möminlərdən qeyrisinin yoluna tabe olarsa, Biz onu üz tutduğu yola yönəldər, sonra Cəhənnəmə vasil edərik. Ora necə də pis yerdir!” Hakimin “Müstədrak” əsərində Əbu Hureyradan (Allah ondan razı qalsın) gələn hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurur: “Mən sizə iki şey buraxıram. Ondan sonra heç vaxt azmazsınız. Bunlar: Allahın Kitabı və mənim Sünnəmdir. Onlar (Quran və Sünnə) Qiyamət günü hovuzumun yanına gələnə kimi bir-birindən ayrılmazdır.ÜÇÜNCÜ DƏRS.
SUAL 21: İman nədir?
CAVAB:İman – dil ilə söyləmək, qəlb ilə etiqad etmək və əzalarla (bədən üzvləri ilə) həyata keçirməkdir və iman artır və azalır. Buna dəlil Maidə surəsinin 23-cü ayəsidir. Allah təalə buyurur: “Əgər möminsinizsə, Allaha təvəkkül edin.” Əbu Hureyradan (Allah ondan razı qalsın) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “İmanın yetmişdən yuxarı (və ya altmışdan yuxarı) şöbəsi vardır. Onun ən üstünü, ən əfzəli “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) sözüdür. Ən aşağı şöbəsi isə yolda əziyyət verən maneəni götürməkdir. Həya imandan bir şöbədir.”
SUAL 22: İmanın rükunları (dayaqları) neçədir?
CAVAB: İmanın dayaqları 6-dır: 1) Allaha iman; 2) Mələklərə iman; 3) Kitablara iman; 4) Allahın Elçilərinə iman; 5) Qiyamət gününə iman; 6) Qədərin xeyirinə və şərrinə iman gətirməkdir. Bunun dəlili, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu hədisidir: “İman – Allaha, Onun mələklərinə, Kitablarına, Elçilərinə, Qiyamət gününə, qədərin xeyirinə və şərrinə iman gətirməyindir.”
SUAL 23: İman artıb-azalırmı?
CAVAB: Bəli, iman itaətlə, yaxşı əməllərlə artır, asiliklərlə, günah əməllərlə azalır. Bunun dəlili Ənfal surəsinin 2-ci ayəsidir. Allah təalə buyurur: “öminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,” Allah təalə həmçinin Tövbə surəsinin 124-cü ayəsində belə buyurur: “Bir surə nazil olduğu zaman münafiqlərdən bəziləri deyər: “Bu, sizin hansınızın imanını artırdı?” İman gətirənlərə gəldikdə isə bu surənin nazil olması onların imanını artırar və onlar sevinərlər.” Əbu Səid əl-Xudridən (Allah ondan razı qalsın) gələn rəvayətdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurur: “Sizdən biri bir pis əməl görərsə (şahid olarsa), əli ilə onu dəyişsin. Əgər əli ilə gücü çatmazsa, dili ilə onu dəyişsin. Əgər dili ilə də gücü çatmazsa, qəlbi ilə onu dəyişsin. Bu da imanın ən zəifidir.” Bu hədis də dəlildir ki, iman artır və azalır.SUAL 24: İmanın şöbələri neçədir?
CAVAB: İmanın şöbələri 60-dan və ya 70-dən yuxarıdır. Bunun da dəlili Əbu Hureyradan (Allah ondan razı qalsın) gələn hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “İmanın yetmiş və ya altmış neçəsə şöbəsi vardır. Onun əfzəli “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur) sözü, ən aşağı şöbəsi isə yoldan əziyyət verən maneəni uzaqlaşdırmaqdır. Həya da imandan bir şöbədir.” (Səhih Buxari və Muslim)SUAL 25: İmanın ən uca və ən aşağı şöbəsi hansıdır?
CAVAB: İmanın ən uca şöbəsi “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur) sözü, ən aşağı şöbəsi isə yoldan əziyyət verən maneəni uzaqlaşdırmaqdır. SUAL 26: İmanın bəzi şöbələrini qeyd et.
CAVAB:Allaha iman, Onun mələklərinə iman, Kitablarına iman, Elçilərinə iman, Qiyamətə iman, qədərin xeyirinə və şərrinə iman və həmçinin namaz qılmaq, zəkat vermək, oruc tutmaq, həcc etmək, valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini birləşdirmək, doğru danışmaq, səbr etmək, əmanətiqorumaq, elm öyrənmək, halal yemək, həya, yoldan əziyyət verən maneəni uzaqlaşdırmaq imanın şöbələrindəndir. Buna dəlil Nəhl surəsinin 90-cı ayəsidir. Allah təalə buyurur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara vacib olanı verməyi əmr edir, çirkin işlərdən çəkindirməyi, azğınlığı qadağan edir. Allah sizə belə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.” Həmçinin Allah təalə Nisə surəsinin 58-ci ayəsində buyurur: “Allah sizə əmanətləri sahiblərinə qaytarmağınızı əmr edir.”SUAL 27: İmanın ən möhkəm dəstəyi (dayağı) nədir?
CAVAB: Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Buna dəlil İbn Abbasdan (Allah hər ikisindən razı qalsın) gələn rəvayətdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Əbu Zərrə (Allah ondan razı qalsın) belə buyurur: “İmanın hansı dəstəyi (dayağı) daha möhkəmdir?” Əbu Zərr (Allah ondan razı qalsın) dedi: “Allah və Onun Elçisi daha yaxşı bilir.” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Allah üçün sevmək və Allah üçün nifrət etməkdir.”
SUAL 28: Allaha hansı daha sevimlidir: güclü mömin, ya zəif mömin?
CAVAB: Güclü mömin Allaha daha sevimlidir. Buna dəlil Əbu Hureyradan (Allah ondan razı qalsın) gələn hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Güclü mömin daha xeyirlidir və Allaha zəif mömindən daha sevimlidir. Hər ikisində də xeyir vardır. Sənə fayda verən şeyə həris ol və Allahdan yardım istə. Aciz olma. Əgər sənə bir şey üz verərsə, “Əgər belə etsəydim, belə-belə olardı”-demə. De: “Bu Allahın təqdiridir və Allahın istədiyi olur.” Çünki “əgər” sözü şeytanın vəsvəsələrinə yol açır.SUAL 29: Qulların üzərinə düşən ən birinci vacib nədir?
CAVAB: Allahı ibadətdə təkləşdirmək və ibadəti yalnız Ona yönəltməkdir. Buna dəlil İbn Abbasdan (Allah hər ikisindən razı qalsın) gələn rəvayətdir. O, rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Muazı (Allah ondan razı qalsın) Yəmənə göndərdiyi zaman belə dedi: “Sən Kitab əhlindən olan bir qövmün yanında gedirsən. Onları dəvət edərkən onları ən birinci Allaha ibadət etməyə çağır.”SUAL 30: Bütün Peyğəmbərlərin (Allahın onlara salamı olsun) ən birinci çağırdığı çağırış nə olmuşdur?
CAVAB: Tək olan Allaha ibadət etmək və Allahdan qeyrisinə ibadətdən çəkinməkdir. Buna dəlil Nəhl surəsinin 36-cı ayəsidir. Allah təalə buyurur: “Biz hər bir ümmətə elçi göndərdik ki, yalnız Allaha ibadət etsinlər və tağutdan (Allahdan qeyrisinə ibadətdən) çəkinsinlər. SUAL 31: Allahın dostları (övliyaları) kimdir?
CAVAB: Allahın dostları – iman gətirib, təqvalı olan (günahlardan çəkinən) kimsələrdir. Buna dəlil Yunus surəsinin 62-63-cü ayələridir. Allah təalə buyurur: “Bilin və agah olun ki, Allahın dostları nə qorxu, nə də kədər görərlər. Onlar iman gətirib, təqvalı olan (günahlardan çəkinən) kimsələrdir.