Tövbədə yol verilən xətalar

Tövbəni gecikdirmək. 

Bəzi insanlar xətasını başa düşür, günah etdiyini bilir, lakin tövbəni gecikdirir, onu sonraya saxlayır. Düşünür ki, evləndikdən, universiteti bitirdikdən ya yaşlanandıqdan sonra tövbə edər. Lakin, bu böyük xətadır. Günahdan dərhal tövbə etmək fərzdir. Dəlil gəlmədikcə Allahın və Rəsulunun əmrləri dərhal yerinə yetirilməli, gecikdirilməməlidir. Və tövbəni gecikdirmək öz-özlüyündə bir günahdır və onun özünün başqa bir tövbəyə ehtiyacı vardır.

 İbn Qeyyim (Allah ona rəhm etsin) buyurur ki, günahdan sonra dərhal tövbəyə tələsmək fərzdir və tövbəni gecikdirmək caiz deyildir. Çünki insanın tövbəni gecikdirməsi özü-özlüyündə bir asilikdir. İnsan günahdan tövbə edərsə, üzərində başqa bir tövbə qalar – tövbəni gecikdirdiyinə görə tövbə etməsi. Əksər hallarda bu məsələ tövbə edənlərin ağlına gəlmir. Belə ki, əgər insan səhər günah işləyib, tövbəsini isə axşam edirsə, tövbəni axşama qədər gecikdirdiyinə görə də tövbə etməlidir.

Bir çox insan elə düşünür ki, tövbə etdikdən sonra üzərində heç nə qalmır. Lakin tövbəni gecikdirdiyinə görə onun üzərində tövbə etmək qalmışdır. Məhz bu səbəbdən qul tövbəni tezləşdirməli, günahı işlədikdən dərhal sonra tövbə etməlidir. 

Əks halda günahlar onun qəlbini qaplayar, Allah onun qəlbini möhürləyər və o tövbəyə müvəffəq olmaz. 

Və ya ölüm onu günahında israr etdiyi, davamlı günah etdiyi halda yaxalaya bilər.

İnsanın günahdan dərhal sonra tövbəni tərk etməsi, tövbəni vaxtında etməməsi tövbənin çətinləşməsinə gətirib çıxarmaqla yanaşı digər günahların edilməsinə də yol açır. 

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ( Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Mömin kəs bir günah işlədikdə, qəlbində qara bir nöqtə yaranar. Əgər həmin günahdan əl çəkib tövbə edər və Allahdan bağışlanma diləyərsə, qəlbi cilalanar.  Yox əgər günahlarına davam edərsə, qara nöqtə də çoxalar və bütün qəlbini bürüyər. Bu isə Allah Təalanın Quranda qeyd etdiyi haldır: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”  (Tirmizi 3334)

2. İnsanın bilmədiyi günahlardan tövbə etməkdə qəflətə yol verməsi.

Bu məsələ bir çox insanları düşündürmür. İnsan bildiyi, xatırladığı günahlardan tövbə edir, lakin bundan başqa günahlarının olduğunu zənn etmir – bu da tövbədə yol verilən xətalardandır. İnsanın qafil olduğu çoxlu sayda gizli günahları vardır. Odur ki, insan bildiyi və bilmədiyi, xatırladığı və xatırlamadığı günahlardan tövbə etməlidir. Çünki bilmədiyimiz və xatırlamadığımız günahlar, bildiyimiz və xatırladığımız günahlardan daha çoxdur. 

İbn Qeyyim (Allah ona rəhm etsin Allah ona rəhm etsin) buyurur ki, bundan insanı yalnız bildiyi və bilmədiyi günahlardan dolayı etdiyi ümumi tövbə qurtarır. Çünki insanın bilmədiyi günahlar, bildiyi günahlardan daha çoxdur. İnsanın elm öyrənməyə imkanı varsa, öyrənməmək, bilməmək onu məsuliyyətdən, hesaba çəkilməkdən azad etmir. 

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) Əbu Bəkrə (Allah ondan razı qalsın) demişdi: “Bu ümmətdə şirk, qarışqanın ayaq izlərindən daha gizlidir. Sənə elə bir şey deyim ki, onu etsən, səndən azını da çoxunu da uzaqlaşdırar? De: “Allahım, bildiyim halda sənə şərik qoşmaqdan sənə sığınıram və bilmədiyim şeyə görə də səndən bağışlanma diləyirəm” (Səhih Ədəb Mufrad, Əl-Əlbəni 551)

Digər hədisdə Allah Rəsulunun (sallalahu aleyhi səlləm) təşəhhüdün sonunda, salamdan əvvəl bu duanı etdiyi rəvayət olunur: “Allahım, etdiyim və etmədiyim günahlardan, gizlədiyim və aşkara çıxardığım, məndən daha yaxşı bildiyin günahlardan bağışlanma diləyirəm” ((Səhih Ədəb Mufrad, Əl-Əlbəni 532) Bu haqda başqa dualar da varid olub.

Bəzi insanlar yalnız haramların – adam öldürməyin, içki içməyin, faiz yeməyin günah olduğunu düşünür və digər məsələlərdə, məsələn haqların qorunmasının, vaciblərin tərk edilməsinin günah olduğunu bilmirlər. İnsanın bu cür əməllərin günah olduğunu bilməsi, o insanın ən azı tövbə etməsinə səbəb olur. 

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur ki, tövbənin əvvəli elm – bilməkdir. İnsan günahın günah olduğunu bilməlidir ki, ondan dolayı tövbə etsin. İnsanın həkimə getmək üçün xəstə olduğunu bilməsi lazım olduğu kimi, tövbə etməsi, bağışalnma diləməsi, qarşı tərəfdən halallıq alması üçün etdiyi əməlin günah olduğunu bilməsi lazımdır. Çünki bunu bilməyən insan öz azğınlığına davam edir.  

3. Günaha qayıtmaq qorxusu ilə tövbəni tərk etmək də tövbədə  yol verilən xətalardandır. 

Bəzi insanlar tövbə etmək istəyir, lakin ikinci dəfə o günaha qayıtmaq qorxusu ilə tövbəyə tələsmir.

İnsan tövbəyə tələsməlidir, çünki ola bilsin o tövbəni pozmazdan əvvəl onu ölüm yaxalasın və o tövbə üzərində getsin. Həmçinin insan Rəbbi haqqında zənnini gözəlləşdirməli və bilməlidir ki, əgər ixlasla Allaha yönələrsə, Allah da ona tərəf yönələcəkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Uca Allah buyurdu: “Mən qulumun barəmdəki zənni yanındayam. Mənə dua etdikdə, Mən onun yanında oluram” (Buxari, “Ədəbul-Mufrad, 616).

İnsan tövbə etdikdən sonra yenidən günaha düşərsə, yenə tövbə etməlidir. İnsanın günaha qayıtmaq qorxusunu bəhanə edərək tövbə etməməsi bu məsələdə yol verilən xətalardandır. Əbu Hureyrə (Allah ondan razı qalsın) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Uca və Böyük olan Rəbbindən belə buyurdu: “Allahın qullarından biri günah edib sonra da: “Allahım! Mən günah etdim, günahımı bağışla!” dedi. Pak və Uca olan Allah: “Qulum günah etdi! Günahı bağışlayan və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!” deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə günah edərək: “Allahım! Mən günah etdim, günahımı bağışla!” dedi. Pak və Uca olan Allah: “Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!” deyə buyurdu. Sonra o qul) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: “Allahım! Mən günah etdim, günahımı bağışla!” dedi. Pak və Uca olan Allah: “Qulum günah etdi! Günahı bağışlayan və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!” Üç dəfə: “Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər” (Səhih İbn Hibbə 622) Bu o demək deyil ki, insan istədiyi günahı edə bilər, bu o deməkdir ki, insan səmimi tövbə etdikdən sonra yenə şeytana uyaraq günah işləyər, lakin günahdan dərhal sonra peşman olub tövbə edərsə, Allah onu bağışlayar. Lakin bir məsələ də var ki, insan tövbəyə müvəffəq olmaya da bilər. 

4. İnsanların tənəsindən qorxaraq tövbəni tərk etmək.

 Bəzi insanların nəfsi onları tövbəyə yönəldir, lakin digər insanların tənəsindən, qınağından, doğru yolda olduğu üçün ona ediləcək ittihamlardan qorxaraq tövbəni tərk edir. İnsanlardan olan qorxunu, Allah qorxusundan necə üstün tutmaq olar? İnsanların fikrini haqdan necə üstün tutmaq olar? Axı Allah Təala qorxulmağa daha layiqdir. 

Həmçinin insan bilməlidir ki, ona atılan ittihamlar, vurulan tənələr, edilən qınaqlar imtahandır. İnsanın haqq yolda doğru, yoxsa yalançı olduğu sınanılır. İnsan başlanğıcda möhkəm olar, səbr edərsə, daha sonra bu imtahan onun üçün asanlaşar. İnsan tövbəsində sadiq, davamlı olarsa, vaxtı ikən ona eyib tutanlar onu ucaldır, bəzən hətta ondan nümunə götürürlər. Həmçinin insan bilməlidir ki, o, qəbirə tək girəcək və Rəbbinin hüzurunda da tək dayanacaq. Onu tənbəlləşdirən, haqq yoldan yayındıran insanların sözü ona nə dünyada, nə də Axirətdə fayda verməyəcək. 

5. İnsanlar arasında olan dərəcəsinin, şöhrətinin azalacağından qorxaraq tövbəni tərk etmək. 

Bəzən bir adam insanlar arasında müəyyən bir dərəcəyə çatır, şan-şöhrət qazanır və bu səbəbdən tövbə etməyə çəkinir. Şəriətə zidd olan əməllərindən çəkinmək istədikdə, qorxur ki, şöhrəti azalacaq. İnsanlar arasında dərəcəsinin azalmasını istəmədiyi üçün tövbə edə bilmir. 

Bu hal, insanın mərdliyində, şücaətində, ağlında, elmində, sadiqliyində olan bir naqislikdir. İnsanın Allaha qayıtması, günahlarından dolayı tövbə etməsi onu həm Allah qatında, həm də insanların yanında ucaldır. Belə olan halda insanı haqqa qayıtmaqdan çəkindirən nədir? Dinə sadiqliyin, mərdliyin gərəkdirdiyi, insanın haqqı açıq-aydın söyləməsidir. Ona atılan iftiralar, ittihamlar buna mane olmamalıdır.

 Həmçinin insan bilməlidir ki, şan-şöhrət ötəridir, insanın sonunun çatması ilə o da sona çatır. İnsan ölüb Rəbbinə qayıtdıqda ona yalnız təqdim etdiyi yaxşı əməllər fayda verir.

6.Allahın rəhmətinin genişliyinə etimad edərək tövbəni tərk etmək və günahlara davam etmək. 

Bəzi insanlar günahlarda israfa yol verir, həddini aşır və bu haqda ona nəsihət olunduğu zaman, danlandığı zaman, Allah Təalanın Ğafur, Kərim olduğunu dilə gətirir. Bu, səfehlik, cahillik və aldanmaqdan başqa bir şey deyildir. 

Əraf surəsi, 56-cı ayədə Allah Subhənəhu və Təala buyurur: “Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır”. Allah bu ayədə öz rəhmətinin yaxşılıq edənlərə – muhsinlərə yaxın olduğunu dedi, səhkənlarlara, pis əməl sahiblərinə, günahkarlara, israr edənlərə yaxın olduğunu demədi. 

Həmçinin insan bilməlidir ki, Allah Təalanın məğfirətinin, rəhmətinin genişliyi ilə yanaşı, əzabı da şiddətlidir. Allahın əzabı gəldiyi zaman Onun əzabının qarşısını heç kim ala bilməz. Hicr surəsi 49-50-ci ayələrdə isə Allah buyurur: “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhimliyəm. Əzabım isə üzücü əzabdır”. 

Əbu Həmid əl-Ğazəli (Allah ona rəhm etsin) günah etdiyi halda Allahın Rəhmətini gözləyən insan haqqında buyurur ki, ümid əməldən, tövbədən sonra ümid sayılı. 

İnsan əməl edir və əməlin savabını, tövbə edir və tövbəsinin qəbul olunmasını umursa, bu, ümid sayılır. Amma insan əməl etmədən, tövbə etmədən Allahın rəhmətini umursa, bu arzu, xülya sayılır. Qəlb əməllərindən, qəlb ibadətlərindən sayılan “racəə” – ümiddir və əməldən sonra edilir. Əl-Ğazəli (Allah ona rəhm etsin) deyir ki, günah etdiyi halda Allahın əfvini gözləyən, Allahın lütfünə arxayın olan insanın misalı, bütün malını xərcləyib özünü və ailəsini möhtac halda buraxıb daha sonra xəzinə tapacağına dair Allahın lütfünə ümid bəsləyən insana bənzəyir.

Həmçinin günah edib Allahın lütfünə arxayın olan birinin misalı, özbaşınalıq hökm sürən, quldurların baş-alıb getdiyi bir yerdə malının oğurlanacağını bildiyi halda zinət əşyalarını açıqda qoyan, onları gizlətməyən kəsin misalına bənzəyir. O Allah Təalanın zalımın üzərinə bir qəflət, cəza musallat etməsini, onun həyətinə girə bilməməsini, qapısına çatdıqda ölməsini arzulayır. Bu, mümkündür, lakin insanın bu cür davranması səhlənkarlıqdır. Belə ki, bu halda zinətlərin oğurlanması ehtimalı daha böyükdür. Bu cür ümid bəsləyərək günahda davam edən insanın qəlbində Allaha təzim, Allahı ucaltma ola bilərmi? O qəlbdə Allahdan həya etmək hissi yer ala bilərmi?

Malik ibn Dinar (Allah ona rəhm etsin) şiddətli bir istidə tər içində dayanmış bir gənc görür. Ondan “səni burda saxlayan nədir?” deyə soruşur. Gənc cavab verir ki, “Bu yer günah etdiyim, Allaha asi olduğum bir yerdir”. 

İbn Qeyyim (Allah ona rəhm etsin) Allahın rəhmətinə bel bağlayaraq günahlara davam edənlər haqqında buyurur: “Elə növ insanlar vardır ki, Allaha ümid bağlamaq barəsində olan dəlillərdən iki əlli yapışır, sonra günahlara düşür. Bu barədə söhbət açıldığı, danlanıldığı zaman Allahın Rəhmətinin genişliyi, məğfirəti, ümid barəsində əzbərlədiyi dəlilləri gətirir” 

 Gözəl zənn qurtuluş səbəblərindən yapışmaqla olur. İnsanın günaha aparan səbəblərdən, günahdan yapışması ilə yanaşı gözəl zənn hasil olmur. Həsən əl-Bəsriyə (Allah ona rəhm etsin) deyirlər ki, bəzi insanlar günah edir və deyirlər ki, biz Allah barəsində gözəl zənndəyik. Həsən əl-Bəsri cavabında buyurur ki, onlar yalançıdırlar. Əgər onların zənni gözəl olsaydı, əməlləri də gözəlləşərdi. 

İnsan doğru səbəblərdən yapışmadan gözəl zənndə olursa, bu gözəl zənn yox, quru, boş xülya hesab edilir. Bu insanların gözəl zənninin istinadı Allahın rəhmətinin, məğfirətinin, səxavətinin genişliyidir. Onlar deyir ki, Allahın Rəhməti qəzəbini qabaqlamışdır və Allah insanı bağışladıqdan sonra ona heç bir zərər dəyə bilməz. Bu, şübhəsiz ki, belədir və Allah Təala bundan da Ucadır. 

Lakin bu ayələrə, bu dəlillərə doğru şəkildə istinad etməliyik. Çünki Allah Təala hikmət, izzət, intiqam, şiddətli yaxalamaq, layiq olanları cəzalandırmaq kimi vəzsflərlə vəsf olunmuşdur və əgər elə olsaydı, bütün bu vəsflər möminə də, kafirə də, facirə də, Allah dostuna da, düşmənə münasibətdə eyni olardı. 

Çünki Allah Təala günahaklarlara qəzəblənmiş, Öz lənətinə məruz qoymuşdur. Onlar Allahın haram etdiyi əməllərə düşmüş, Allahın hörmətini pozmuşlar. Deməli gözəl zənn tövbə edənə, peşman olana, günahdan uzaqlaşana və pisliyi yaxşılıqla əvəz edənə və ömrünün qalan hissəsini itaət və xeyirlə keçirənə fayda verir. 

Əgər insan bundan sonra zənnnini gözəlləşdirir, tövbə edib bir daha o günahlara qayıtmır və yaxşı əmələrinə davam edirsə, bu insanın gözəl zənni doğrudur. Məhz bu, hüsnü-zənn – gözəl zənndir. 

Amma heç bir əməl etmədən, tövbə etmədən insanın  Allahın rəhmətinə, məğfirətinin genişliyinə ümid bəsləməsi və bu barədə zənninin gözəl olması həmin insanın aldanmasıdır. Necə ki, Fatir surəsinin 5-ci ayəsində Allah Təala buyurur: “Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxarmasın”. Yəni, şeytan sizi Allahın Kərim, Rəhmli olması ilə aldatmasın. 

7. İnsanın günahkarlara möhlətin verilməsi ilə aldanması – insan özü günah və ya başqası günah edir, etdiyi günahın cəzası olaraq dərhal bəla, müsibət gəlmədiyi üçün aldanır.

İnsanlar var ki, günahda israf edir, həddini aşır və bu barədə onlara nəsihət edildikdə, bu günahların pis aqibətindən çəkindirildikdə deyir ki, “Yer üzəri zülm edən, fəsad törədən, haqsız yerə insanları öldürən və insanların malını haqsız yerə yeyən, faiz yeyən insanlarla doludur, amma onların ruzisi bol, ömürləri uzundur firavanlıq içində yaşayırlar”.

Şəkk yoxdur ki, bu sözləri Allahı tanımayan, Allahın təyin etdiyi sünnələrdən, qoyduğu qaydalardan xəbərsiz insanlar deyə bilər.

Bu cür insanlara cavab olaraq deyilir ki, Allah Təala dünyanı sevdiyinə də, sevmədiyinə də verir, Amma imanı, tövbəni, faydalı elmi sevdiyi bəndəsinə verir. Bu cür yaşayışla yaşayan insanlar həlak olmuş kimsələrdir və etdiyi əməllər də batildir. Onların mallarının, övladlarının çoxluğu səni aldatmasın. Onların üzərində olan nemətlər yalnız istidracdır, onlara verilən möhlətdir. Allah Təala möhlət verir amma yaxaladıqda, şiddətli yaxalayır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Allah Təala zalım insana möhlət verir, amma yaxaladığı zaman onu şiddətli yaxalayır”. Sonra isə Hud surəsinin 102-ci ayəsini oxuyur: “Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlədir”

Digər bir hədisində isə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Əgər görsən ki, Allah Təala insana günahlarında davam etdiyi halda dünyadan sevdiyini verir, bil ki, bu istidracdır” (Silsilə Əssahihə, 413) 

İnsan günaha davam etdiyi halda nemətlər ona axırsa, bilsin ki, bu istidracdır – insanın tədricən əzaba, həlaka sürüklənməsidir. Necə ki, Allah Təala Ənam surəsi 44-45-ci ayələrdə buyurur: “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. (Beləliklə də) zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha”.

İbn əl-Cövzi (Allah ona rəhm etsin) buyurur: “Hər bir zalım insan Axirətdən əvvəl dünyada cəzalanacaqdır. Həmçinin hər günah edən insana da tövbə etmədikcə, tövbə etmədiyi günaha görə cəza vardır”. Allah Təala Nisa surəsi 123-cü ayədə buyurur: “Pislk edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır”. 

İnsanları aldanmağa, günaha davam etməyə nə sövq edir? Bəzən günahkar insan günah edir və görür ki, bədəni salamatdır, ona bir cəza gəlməyib və elə bilir ki, belə də olacaq, cəza gəlməyəcək. 

İnsanın bəladan, cəzadan qafil olması özü bir bəladır. Hikmətli insanlardan biri deyir ki, günahdan sonra digər bir günahın gəlməsi, həmin günahın cəzasıdır, yaxşılıqdan sonra digər yaxşılığın gəlməsi, o yaxşılığın mükafatıdır. Deməli, yaxşılığın mükafatı ondan sonra başqa bir yaxşılığın gəlməsidir, çünki yaxşılıq yaxşılıq gətirir. Günahın cəzası isə özündən sonra günahın gəlməsidir. Bəzən isə günahın dünyada gələn cəzası mənəvi cəza olur, insan onu dərk edə bilmir. Bənu-israildən olan bir alim belə deyir: “Ya Rabb, mən sənə nə qədər günah edirəm, asi oluram, sənə qarşı çıxıram, sən isə məni cəzalandırmırsan”. Ona deyilir ki, “Mən səni cəzalandırıram, sən isə bilmirsən. Məgər mən səni mənimlə danışmağın şirinliyindən məhrum etmədimmi?”

Bəzən insan elə bilir ki, bəlanın gəlməsi ancaq haranınsa uçması, dağılması, zəlzələlərin, qasırğaların baş verməsidir. Lakin insan bilməlidir ki, onun gecə namazından məhrum olması, sünnələrdən məhrum olması, namazda xuşudan məhrum olması elə ən böyük bəlalardandır.

İbn əl-Cövzi (Allah ona rəhm etsin) buyurur: “Ağıllı insana vacibdir ki, günahların pis aqibətindən həzər etsin. Çünki onun odu, külün altındadır, görsənmir. Ola bilsin bəzən geciksin və bəzən tez gəlsin” Ağıllı insan o insandır ki, günaha düşdüyü zaman tövbə etsin. Neçə-neçə günahkarların möhlət verilməsinə aldanan insanlar var ki, onlara möhlət verilmir. Yəni, insan baxır ki, başqaları günah edə-edə həyatını yaşayır, başlarına bəla gəlmir. O da bu hala aldanaraq günahda davam edir, amma ona möhət verilmir.

Cəza baxımından günahlar içərisində cəzası ən sürətli gələn günah, qadağaların unudulmasıdır. İnsan qadağaları işləyir, haramlardan və qadağalardan ləzzət duyur və bununla Allaha qarşı mübarizə etmiş və bəzən də Xaliqə qarşı etiraz etmiş olur. Yaradana etiraz, aradan qalxması qeyri-mümkün olan bəlalardan sayılır – xüsusilə əgər etiraz edən Allahı tanaıyan bir kimsədirsə. İnsan günahların aqibətindən həzər etməli və onların izini silməyə tələsməlidir, çünki günahların insana pis təsiri vardır. Əgər insan onları dərhal silərsə, onun təsiri aradan qalxar, əks halda toplanaraq insanı həlak edər. 

8. Tövbə mövzusunda insanların yol verdiyi xətalardan biri də Allahın rəhmətindən ümidini üzməkdir.

Elə insanlar var ki, günahlarda həddini aşır və ya tövbə edir, lakin yenə o günaha qayıdır və dəfəflərlə o günahı etdiyinə görə artıq Allahın rəhmətindən ümidini üzür. Elə zənn edir ki, Qədərinə bədbəxtçilik yazılan kəslərdəndir. Allahın rəhmətindən ümidini üzdüyünə görə günahlarıa davam edir, tövbəni 

zmə

si o günahdan daha böyük günah olsun. Çünki Allahın rəhmətindən yalnız kafir qövmlər ümidini üzər. İnsan tövbəni təzələməli və ölüm gəlib ona çatanadək Allah yolunda nəfsi ilə mübarizə aparmalıdır.  

9. Bu mövzuda yol verilən xətalardan biri isə günahkar insanların tövbə edəcəyindən ümid üzməkdir.

Elə insanlar var ki, xeyirə vəsilə olur, nəsihət edir, qəlbində başqalarını islah etmək sevgisi var, günaha düşən insan tövbə etməyə hərisdir, çalışır ki, günahkar insanlar öz günahlarından dönsünlər. Onları dəvət edir, onlara nəsihət edir, lakin görəndə ki, qəbul etmirlər, dəvətdən, nəsihətdən üz döndərirlər, onların hidayətindən ümidini üzür. Nəsihəti tərk edir və bəzən də qəti qənaətə gəlir ki, Allah onları bağışlamayacaq, doğru yola yönəltməyəcək.

Bu cür hərəkət elm, hikmət və bəsirət sahibi olan kimsədən çıxa bilməz. Allah Təalanın o günahkarları heç vaxt bağışlamayacağını o insana kim xəbər verib? Ona Allah Təalanın rəhmətini daraltmağa kim icazə verib?  Allahın rəhməti genişdir. Öz azğınlıqlarında davam edən neçə-neçə kəslər olub ki, insanlar onların o günahlar üzərində öldüklərini düşünüblər. Lakin Rahmənin rəhməti onlara yetişmiş və onlar sonradan ən xeyirxah möminlərdən olmuşlar.

Cundubdan (Allah ondan razı qalsın) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: “Bir kimsə: and olsun ki Allah filankəsi bağışlamayacaq” dedi. Bunun üzərinə Allah: “Filankəsi bağışlamayacağam deyərək mənim adımla and içən kimdir? Həqiqətən, mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim” (Müslim, 2621).

10. Bəlaya düçar olan kimsələrə sevinmək və yaxud onlara gülmək.

İnsanlardan elələri var ki, kiminsə günaha olduğunu və ya günahda həddini aşdığını görəndə, sevinməyə, ona gülməyə, ona xor baxmağa başlayır. Bu yalnış davranışdır və haram olan qeybətdir. Başqalarını pisləyən, məzəmmət edən kimsə özünü təmizə çıxarmaq, özünün yaxşı olduğunu sübut etməyə çalışır. Bu, qorxulu bir haldır. Ola bilsin, bu cür eyib tutan insan özü onun halına düşsün, onun düçar olduğu günaha özü də düçar olsun. Müsəlman kəs digər insanların aqibəti üçün daha çox ümid etməli, başqasının sonunun yaxşı bitəcəyinə ümid bəsləməli, öz halı barəsində daha çox qorxmalıdır. İnsan hər hansı bir kəsin bəlaya düçar olduğunu görəndə Allahdan afiyət istəməlidir, həmçinin Allah Təalanın onu bu günahdan qoruduğuna görə şükr etməli, “Əgər Allah məni qorumasaydı, mən daha betər müşrik, daha betər bidətçi, daha betər əyyaş olardım” deməlidir. Deməli mənim müşrik, bidətçi, əyyaş olmamağım mənim hünərimə görə deyil, Allahın yardımına görədir. 

Səhabələrdən gələn tövsiyyələrə əsasən möminin halı belə olmalıdır. Əbu Dərda (Allah ondan razı qalsın) günah edən bir insanın yanında keçir. Görür ki, başqa insanlar onun ətrafına toplaşaraq onu məzəmmətləyir, təhqir edirlər. Onlara “Sizə afiyət verən Allaha həmd edin və qardaşınızı söyməyin” deyib xatırlatma edir. Sonra soruşur ki, bir insanın quyuya düşüb boğulduğunu görsəniz, məgər onu dərhal oradan çıxarmazsınız? Cavab verirlər ki, bəli, çıxararıq. Əbu Dərda (Allah ondan razı qalsın) deyir ki: “Amma siz son nəfəsində olan bir insanın başının üstündə durub ona deyirsiniz ki, sən düz yolu qoyub niyə bura düşmüsən?”

Məsud (Allah ondan razı qalsın) demişdir: “Mən bir iti məsxərəyə qoysam, qorxuram ki, itə çevrilərəm”. 

Həzim Sələmə ibn Dinar (Allah ona rəhm etsin) buyurur ki, mömin üçün ən əfzəl xislət, insanlar içərisində özü haqqında ən çox qorxması, müsəlman bir kimsə üçün isə ümid bəsləməsidir.

11. Günah edərkən və ibadətləri tərk edərkən qədəri bəhanə gətirmək.

 Bu, tövbədə yol verilən böyük xətalardan biridir. 

Qədər müsibətlər zamanı dəlil gətirilir. 

Amma insan etdiyi günahın Qədər olduğunu deməməlidir. Elə insanlar var ki, günah, haram işləyərkən, ibadəti tərk edərkən Qədəri bəhanə gətirir. Ondan soruşanda ki, sən nə üçün namaz qılmırsan? Deyir ki, Allah hələ mənim namaz qılmağımı istəməyib. Soruşanda ki, nə vaxt tövbə edəcəksən? Deyir Allah istəyəndə. Günah məsələsinə bu cür münasibət zəlalət və xətadır. İnsan vacibləri tərk edərkən, günahları işləyərkən Qədəri bəhanə gətirərək “Allah hələ istəməyib” deyirsə, Allaha qarşı iftira yaxmışdır. 

Çünki Allah itaəti sevir, itaətdən razı qalıb, itaəti əmr edir. Əgər “istəməyib” dediyi zaman Allahın təqdir edib-etməməsini nəzərdə tutursa, bu da xətadır. Çünki Allahın qədəri Onun Özündə olan gizli bir sirrdir və o baş vermədikcə insanlardan heç kim onu bilə bilməz. İnsan yalnız hər hansı bir şey baş verdikdən sonra bilə bilər ki, bu Qədərdir. Ona görə insanın bilmədiyi bir şey haqqında “bu qədərdir” deməsi qəbul olunmazdır. Bu cür hüccət boş və batildir.

 Allaha qarşı çıxmaqda heç kimin üzrü yoxdur. 

 Bir qayda olaraq əmri tərk edən və günah edən cəzaya layiqdir. Layiqdir ona görə deyirik ki, Allah istəsə şirkdən aşağı bütün günahları bağışlaya bilər. Lakin günah, haram işləyirsə, vacibi tərk edirsə, cəzaya layiqdir. Əgər elə olmasaydı, heç kim cəzaya layiq olmaz, nə dünyada, nə də Axirətdə bir qınaq olmazdı. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Müsəlmanların ittifaqına görə günahlarda heç kəs qədəri bəhanə gətirə bilməz”. 

Əgər günahda qədəri bəhanə gətirmək məqbul olsaydı, onda hər kəs ağlına gələn, fikrinə düşən pis bir əməl edər, insan öldürər, digərlərinin malını əlindən alar, yer üzərində fitnə-fəsad törədər və sonra deyərdi ki, bu, qədərdir. Qədəri bəhanə gətirən insanın özünə qarşı bir haqsızlıq edilsə və deyilsə ki, bu, qədərdir, o bunu qəbul etməz. Nəticə etibarilə ziddiyyət yaranır. İnsan özü günah edəndə qədəri bəhanə gətirir, başqası ona qarşı zülm edəndə isə bunu qədərdən görmür. Ziddiyyətin meydana gəlməsi qədəri bəhanə gətirməyin fasiq bir düşüncə olduğuna dəlalət edir. 

Günahda qədəri bəhanə gətirməyin batil olmasını ortaya çıxarmaq üçün Quran və Sünnədən bəzi dəlillərə nəzər yetirək:

  1. Şəri dəlilərdən birincisi, Ənam surəsi, 148-ci ayədir: “Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız (Ona) şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik” – bu müşriklər Allaha şərik qoşmalarında qədəri bəhanə olaraq gətiriblər. Əgər onların Allaha şərik qoşmaqda Qədəri bəhanə gətirmələri icazəli olsaydı, Allah onlara öz əzabını daddırmazdı. Əgər Allah əzab daddırıbsa, deməli qədəri bəhanə gətirmələri məqbul deyil.
  2. Nisa surəsi, 165-ci ayə “(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın” – əgər qədəri bəhanə gətirmək icazəli olsaydı, o zaman rəsulların göndərilməsinə nə ehtiyac var idi?
  3. Allah Təala quluna müəyyən əməlləri əmr edib, müəyyən əməllərdən çəkindirib, yəni, din əmr və qadağalardan ibarətdir. Allah insanı gücü çatdığından artıq bir işlə mükəlləf etməyib. Allah Subhənəhu və Təala Təğabun surəsi, 16-cı ayədə buyurur: “Allahdan bacardığınız qədər qorxun”.

Qədəri bəhanə gətirənlər insanın məcburi şəkildə hərəkət etdiyini iddia edir. Əgər elə olsaydı, o zaman belə çıxardı ki, insan gücü çatmayan bir işlə mükəlləf olunub və ondan xilas ola bilmər. Bu isə batil iddiadır. Əgər insan öz cahilliyyi səbəbilə, məcburiyyətdən dolayı, unutduğuna görə günah işləyərsə üzrlü sayılır.

4. Əgər qədərin bəhanə gətirilməsini qəbul etsək, gərək şəriət ləğv olunsun. Çünki belə olan halda şəriət qayda-qanunlarına ehtiyac qalmır. 

5. Əgər qədəri bu şəkildə bəhanə gətirmək bir hüccət olsa, dəlil hesab edilsəydi, bu dəlil İblisdən qəbul olunardı: “(İblis) dedi: “Sən məni yoldan çıxardığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam” (Əraf surəsi, 16-cı ayə)

6. Günahlarda qədəri bəhanə gətirən insanlar dünyəvi işlərdə özünə sərf edən işlərə həris olur, özünə müvafiq olmayan işlərdən isə yan keçir. Qədəri bəhanə gətirərək ona fayda verən dini işlərdən yan keçir, lakin özünə zərər verən işlərə həris olur.

 Tutaq ki, bir insan bir ölkəyə səfər etmək istəyir və həmin ölkəyə iki yol gedir. Yollardan biri əmin-aman, təhlükəsiz, digəri isə qorxulu yoldur. İkinci yolda insan öldürülə, malı qarət oluna bilər. Şəkk yoxdur ki, o insan birinci yola üz tutacaq. Əgər insan bu dünyada özünə zərər verməyəcək yolu tutursa, nə üçün Axirət məsələlərində Cənnətə aparan yolu tutmur? İnsan özünü cəhənnəmə aparan yolu tutaraq “qədərimdə belə yazılıb” deyirsə, bəs niyə doğru yolu tutaraq “qədərimdə belə yazılıb” demir? 

Qədəri bəhanə gətirən insanlara deyilə bilər ki, evlənmə, əgər Allah sənə övlad təqdir edibsə, övlad özü sənə gələcək. Yemək yemə, su içmə, əgər Allah sənin doymağını təqdir edibsə, o da öz-özünə baş verəcək. Əgər sənin üzərinə yırtıcı bir heyvan hücum edərsə, qaçma, Allah sənə qutululş təqdir edibsə, xilas olacaqsan, təqdir etməyibsə, qaçmağın faydası yoxdur. Xəstələnəndə müalicə alma, əgər Allah sənə şəfa təqdir edibsə, şəfa tapacaqsan. Qədəri bəhanə gətirən insan bütün bu deyilənlərlə razılaşacaqmı? Əgər razılaşsa, bu, artıq onun ağlında olan naqisliyə dəlalət edəcək. Əgər müxalif olsa, onda öz iddiasının batil olduğu üzə çıxacaq.

Mühüm bir məsələni də qeyd etmək lazımdır ki, günahlarda qədəri bəhanə gətirən insanlardan bir çoxu bunu nəfsi istəklərindənvə inadkarlığından dolayı edir. Odur ki, günahlar işləməkdə, itaətləri tərk etməkdə, asiliklərdə qədəri dəlil gətirmək şəriət, ağıl və qədər baxımından batildir. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Qədəri bu cür bəhanə gətirənlər bu sözlərinə davam etsələr, onların küfrü yəhudi və nəsranilərin küfründən betər olar”. 

Xülasə, qədəri yalnız müsibətlərdən dolayı dəlil gətirmək icazəlidir: məsələn, insan xəstələnir, deyilir ki, qədərdir, yıxılır, deyilir ki, qədərdir və s. Lakin günahlar işləməkdə, namazı tərk etməkdə, orucu tərk etməkdə, içki içməkdə və digər haramlar işləməkdə qədər bəhanə gətirilmir. 

Xoşbəxt insan o insandır ki, günahlarından dolayı istiğfar edir, müsibətlər zamanı isə səbr edir.

Necə ki, Allah Ğafir surəsi 55-ci ayədə buyurur: “Səbr et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə təriflə”. 

Bədbəxt insan isə odur ki, müsibət zamanı vay-şivən qoparır, səbr etmir, günahlarda isə qədəri bəhanə gətirir. İbn Əbi-l-İzz Hənəfi (Allah ona rəhm etsin) buyurur ki:

Təqdir olunan müsibətlərə təslim olmaq lazımdır, çünki bu Allahın Rəbb olaraq razı qalmasının kamilliyindəndir. 

 Duada nə deyirik? Allahın Rəbb olmasına razı qaldım. Əgər bunu deyirsənsə müsibətdə vay-şivən qoparmamalısan, səbrli olmalısan. Günahlara gəldikdə isə heç kəs günah etməməli, günah etdikdə isə, üzərinə düşən istiğfar edib tövbə etməsi və müsibətlərdə səbr etməsidir.

Bir kəs günahından dolayı tövbə edir və bir daha o günaha qayıtmır və doğru yolu tutursa, kimsə onu keçmişdə etdiyi günahından dolayı qınadıqda, deyə bilər ki, bu qədər idi. Lakin insanın günaha davam etdiyi halda qədəri bəhanə gətirməsi icazəli deyildir. 

UŞAQLAR ÜÇÜN TÖVHİD VƏ ƏQİDƏ BÖLÜMÜNƏ DAİR DİNİ SUALLAR 1-3


Beynəlxalq Mədinə İslam Universitetinin məzunu Adil Rəcəbov.

بسم الله الرحمن الرحيم

BİRİNCİ DƏRS.

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və sahabələrinə salavat və salam olsun. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavatı və salamı olsun) Onun qulu və Elçisidir.SUAL 1: Dinin mərtəbələri hansıdır?
CAVAB: Dinin mərtəbələri üçdür: İslam, iman və ehsan. Bunun dəlili, Ömər ibn Xattabdan (Allah ondan razı qalsın) gələn hədisdir. O belə rəvayət edir: “Bir gün biz Allah Elçisinin (Allahın ona salavatı və salamı olsun) yanında idik. Birdən ağ paltarlı, qara saçlı bir kişi peyda oldu. Onun üzərində səfər əlaməti görsənmirdi və bizdən heç kəs onu tanımırdı.

Nəhayət, o gələrək Peyğəmbərin (Allahın ona salavatı və salamı) yanına oturdu və dizlərini onun dizlərinə söykədi və əllərini ayaqlarının üzərinə qoydu və dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver.”

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “İslam – sənin “lə iləhə illəllah, Muhəmmədun Rasulullah” (Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Muhəmməd Onun Elçisidir) şəhadətini gətirməyin, namaz qılmağın, oruc tutmağın, zəkat verməyin və gücün çatarsa Allahın Evinə həcc etməyindir.”

Dedi: “Doğru deyirsən.” Biz ona təəcübləndik. O həm soruşur, həm də təsdiq edirdi.

Dedi: “Mənə iman haqqında xəbər ver.”

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “İman – Allaha, Onun mələklərinə, Kitablarına, Elçilərinə, Qiyamət gününə, qədərin xeyirinə və şərrinə iman gətirməyindir.”

Dedi: “Doğru dedin.” Sonra dedi: “Mənə ehsan haqqında xəbər ver.” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Ehsan – Allahı görürmüş kimi ibadət etməyindir. Bil ki, sən Onu görməsən də, Onun səni görür.”

Sonra dedi: “Mənə Qiyamət haqqında xəbər ver.”

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Soruşulan soruşandan daha yaxşı bilmir.”

Dedi: “Onun (Qiyamətin) əlamətlərini mənə xəbər ver.”

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “(Onun əlamətləri) Qul qadının öz ağasını doğması, ayaqyalın, çılpaq və kasıb çobanları hündür binalar tikməkdə yarışmağını görməyindir.”

O kişi yola düşdü və mən uzun müddət gözlədim. Daha sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənə buyurdu: “Ey Ömər, onun kim olduğunu bilirsənmi?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir.” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “O Cəbrayıl (Allahın ona salamı olsun) idi, sizə dininizi öyrətməyə gəlmişdi.
(Səhih Muslim) 

SUAL 2: Bizə öyrənməyimiz vacib olan 4 məsələ hansıdır?
CAVAB: 1) Elm; 2) Əməl; 3) İnsanın öyrənib, əməl etdikdən sonra ona çağırması, dəvət etməsi; 4) Bu yollarda səbr etməsi. Bunun dəlili Muhəmməd surəsinin 19-cu ayəsidir. Allah təalə buyurur: “Bil ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və günahının bağışlanmasını dilə.” Bu ayə dəlildir ki, elm əməldən öncə gəlir. İkinci dəlil isə Əsr surəsidir. Allah təalə buyurur: “And olsun əsrə (vaxta, zamana)! Həqiqətən, hər bir insan ziyan içərisindədir. Yalnız iman gətirib saleh əməl edən, haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa.” Deməli, ziyandan çıxan kəslər, elm öyrənən, elm öyrəndikdən sonra əməl edən, sonra haqqı tövsiyə edən, sonra da bu yolda səbr edənlərdir.

SUAL 3: Hər bir müsəlmana bilməsi vacib olan üç əsas hansıdır?
CAVAB: Həmin üç əsas bunlardır: Allahı tanımaq, Peyğəmbəri (Allahın ona salavatı və salamı olsun) tanımaq və İslam dinini dəlilləri ilə öyrənmək, bilməkdir. Bu da insanın qəbrdə soruşulacağı üç sualdır. Bunun dəlili isə Bəra ibn Azibdən (Allah ondan razı qalsın) gələn hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur:

“İnsan qəbrə qoyulduqdan sonra iki mələk gələcək və onu oturdaraq ona deyəcəklər: “Rəbbin kimdir?” Mömin insan deyəcəkdir: “Rəbbim Allahdır.”

Ona deyəcəklər: “Dinin nədir?” Deyəcəkdir: “Dinim İslamdır.”

Ona deyəcəklər: “Sizə göndərilən bu kişi kimdir?” O deyəcəkdir: “O, Allahın Elçisidir (Allahın ona salavatı və salamı) olsun.”
SUAL 4: Rəbbin kimdir?
CAVAB: Rəbbim Allahdır. Bunun dəlili Fatihə surəsinin 2-ci ayəsidir. Allah təalə buyurur: “Aləmlərin Rəbbi olan Allah həmdə layiqdir.”SUAL 5: Peyğəmbərin kimdir?
CAVAB: Peyğəmbərim Muhəmməddir (Allahın ona salavatı və salamı olsun). Bunun dəlili Əhzab surəsinin 40-cı ayəsidir. Allah təalə buyurur: “Muhəmməd sizin kişilərinizdən heç birisinin atası deyildir. Lakin o, Allahın Elçisi, nəbilərin sonuncusudur.”SUAL 6: Dinin nədir?
CAVAB: Dinim İslam dinidir. Bunun dəlili, Ali İmran surəsinin 19-cu ayəsidir. Allah təalə buyurur: “Allah qatında məqbul din İslam dinidir.”SUAL 7: Səni kim yaratmışdır?
CAVAB: Allah məni və bütün məxluqatı yaratmışdır. Bunun dəlili Zumər surəsinin 62-ci ayəsidir. Allah təalə belə buyurur: “Allah hər bir şeyin Xaliqidir.”SUAL 8: Allah bizi nə üçün yaratmışdır?
CAVAB:Allah bizi Özünə ibadət etmək üçün yaratmışdır. Bunun dəlili Zəriyət surəsinin 56-cı ayəsidir. Allah təalə buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım.”SUAL 9: İbadət nədir?
CAVAB: İbadət – Allah təalənin sevdiyi və razı qaldığı zahiri və batini söz və əməllərin ümumi adıdır. Bunun dəlili Zumər surəsinin 7-ci ayəsidir. Allah təalə buyurur: “Əgər siz küfr etsəniz, Allahın sizə ehtiyacı yoxdur. Allah bəndələrinin küfr etməsinə razı qalmaz. Əgər siz şükr etsəniz, Allah bundan razı qalar.” Həmçinin buna dəlil Bəyyinə surəsinin 5-ci ayəsidir. Allah təalə buyurur: “Onlara əmr olunmuşdur ki, dini yalnız Allaha aid edərək ibadət etsinlər.” Həmçinin buna digər dəlil Həcc surəsinin 77-ci ayəsidir. Allah təalə buyurur: “Ey iman gətirənlər! Ruku edin, səcdə edin və Rəbbinizə ibadət edin və xeyir işlər görün ki, nicat tapasınız.”

SUAL 10: İslam nədir?
CAVAB: İslam – Allaha tövhidlə təslim olmaq, itaətlə Ona boyun əymək, şirk və şirk əhlindən uzaq olmaqdır. Buna dəlil Həcc surəsinin 34-cü ayəsidir: “Sizin ilahınız Tək olan İlahdır. Yalnız Ona təslim olun və sən Allaha müti olanları müjdələ.”

İKİNCİ DƏRS.SUAL 11: İslamın dayaqları neçədir?
CAVAB: İslamın dayaqları beşdir: “Lə iləhə illəllah, Muhəmmədun Rasulullah” (Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, Muhəmməd Onun Elçisidir) şəhadəti, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və yol baxımından gücü çatanın həcc etməsidir. Buna dəlil, İbn Ömərdən (Allah hər ikisindən razı qalsın) gələn hədisdir. O, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə buyurduğunu rəvayət etmişdir: “İslam beş dayaq üzərində qurulmuşdur. “Lə iləhə illəllah, Muhəmmədun Rasulullah” şəhadəti, namaz qılmaq, zəkat vermək, həccə getmək və Ramazan orucu tutmaqdır.” (Səhih Buxari və Muslim)

SUAL 12: O hansı dindir ki, Allah təalə ondan başqasını qəbul etmir?
CAVAB: O, İslam dinidir. Dəlil, Ali İmran surəsinin 85-ci ayəsidir. Allah təalə buyurur: “Kim İslamdan başqa bir dinin ardınca gedərsə, bu, ondan qəbul olunmaz. O, Axirətdə  ziyana uğrayanlardan olar.” 

SUAL 13: Hər doğulan uşaq hansı din üzərində doğulur?
CAVAB: Hər doğulan uşaq İslam dini üzərində doğulur. Bunun dəlili, Əbu Hureyranın (Allah ondan razı qalsın) Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) rəvayət etdiyi hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Hər doğulan uşaq fitrət üzərində (İslam üzərində) doğulur. Onu yəhudiləşdirən, yaxud xristiyanlaşdıran və yaxud da məcusiləşdirən onun valideynləridir.”  (Səhih Buxari və Muslim)SUAL 14: Küfr dinlərindən, küfr millətlərindən dördünü qeyd et.
CAVAB: Yəhudilik, xristiyanlıq, sabiilik və məcusilik (atəşpərəstlik). Bunun dəlili, Həcc surəsi 17-ci ayədir. Allah təalə buyurur: “Şübhəsiz ki, Allah təalə, möminlər, yəhudilər, sabiilər, xristiyanlar, məcusilər və müşriklər arasında Qiyamət günü hökm verəcəkdir. Allah təalə hər şeyə Şahiddir.” SUAL 15: Yəhudilər və xristiyanlar möminlərdən razıdırlarmı?
CAVAB: Xeyr. Bunun dəlili, Bəqara surəsi 120-ci ayədir. Allah təalə buyurur:  “Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. De: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!”SUAL 16: Yaranmışların ən pisi və ən xeyirlisi kimdir?
CAVAB: Yaranmışların ən şərlisi, ən pisi kafirlərdir və yaranmışların ən xeyirlisi isə möminlərdir. Bunun dəlili, Bəyyinə surəsinin 6-8-ci ayələridir. Allah təalə buyurur: “Kitab əhlindən kafir olanlar və müşriklər Cəhənnəm odunda olacaqlar. Onlar orada əbədi qalacaqlar. Onlar yaranmışların ən pisidirlər. İman gətirib saleh əməl edənlər isə yaranmışların ən xeyirliləridir. Onların Rəbbi qatında mükafatı ağacları altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razı qalmışdır və bu da Rəbbindən qorxan kimsə üçündür.” SUAL 17: Kafir xoş həyat yaşayırmı, xoş həyat içərisində olurmu?
CAVAB: Xeyr. Bunun dəlili, Ta Hə surəsinin 124-cü ayəsidir. Allah təalə buyurur: “Kim Mənim zikrimdən (Qurandan və Qurandakı əmrlərdən) uzaq olarsa (qadağalardan çəkinməzsə), onun güzəranı, yaşayışı sıxıntı içərisində olar və Qiyamət günü Biz onu kor olaraq həşr edərik.”SUAL 18: Əhli-Kitab (Kitab əhli) kimdir?
CAVAB: Kitab əhli – yəhudilər və xristiyanlardır. Bunun dəlili Bəqara surəsi 113-cü ayədir. Allah təalə belə buyurur: “Yəhudilər dedilər: “Xristiyanlar doğru-düzgün, mötəbər bir şey üzərində deyillər.” Həmçinin xristiyanlar dedilər: “Yəhudilər də doğru-düzgün din üzərində, mötəbər bir iş üzərində deyillər.” Halbuki onlar Kitab oxuyurlar.” Həmçinin Maidə surəsinin 68-ci ayəsində Allah təalə buyurur: “Ey Kitab əhli, Tövrata, İncilə və Rəbbiniz tərəfindən sizə nazil edilənə (Qurana) əməl etmədikcə, siz doğru-düzgün din üzərində olmazsınız.”SUAL 19: İslam dini kamildirmi, yoxsa onun kamilləşməyə ehtiyacı varmı?
CAVAB:İslam dini kamildir. Bunun dəlili Maidə surəsinin 3-cü ayəsidir. Allah təalə buyurur: “Bu gün Mən sizin dininizi mükəmməl etdim, sizə olan nemətimi tamamladım və sizin üçün İslamı din olaraq seçdim.”SUAL 20: Müsəlman öz dinini haradan götürür?
CAVAB: Qurandan və Sünnədən. Bunun dəlili Əraf surəsinin 3-cü ayəsidir. Allah təalə buyurur: “Rəbbiniz tərəfindən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz..” Həmçinin Allah təalə Həşr surəsinin 7-ci ayəsində buyurur: “Peyğəmbər sizə nəyi versə onu götürün, sizi nədən çəkindirirsə, ondan çəkinin.” Həmçinin Nisa surəsinin 115-ci ayəsində Allah təalə buyurur: “Kim doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxarsa, möminlərdən qeyrisinin yoluna tabe olarsa, Biz onu üz tutduğu yola yönəldər, sonra Cəhənnəmə vasil edərik. Ora necə də pis yerdir!” Hakimin “Müstədrak” əsərində Əbu Hureyradan (Allah ondan razı qalsın) gələn hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurur: “Mən sizə iki şey buraxıram. Ondan sonra heç vaxt azmazsınız. Bunlar: Allahın Kitabı və mənim Sünnəmdir. Onlar (Quran və Sünnə) Qiyamət günü hovuzumun yanına gələnə kimi bir-birindən ayrılmazdır.ÜÇÜNCÜ DƏRS.
SUAL 21: İman nədir?
CAVAB:İman – dil ilə söyləmək, qəlb ilə etiqad etmək və əzalarla (bədən üzvləri ilə) həyata keçirməkdir və iman artır və azalır. Buna dəlil Maidə surəsinin 23-cü ayəsidir. Allah təalə buyurur: “Əgər möminsinizsə, Allaha təvəkkül edin.” Əbu Hureyradan (Allah ondan razı qalsın) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “İmanın yetmişdən yuxarı (və ya altmışdan yuxarı) şöbəsi vardır. Onun ən üstünü, ən əfzəli “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) sözüdür. Ən aşağı şöbəsi isə yolda əziyyət verən maneəni götürməkdir. Həya imandan bir şöbədir.”

SUAL 22: İmanın rükunları (dayaqları) neçədir?

CAVAB: İmanın dayaqları 6-dır: 1) Allaha iman; 2) Mələklərə iman; 3) Kitablara iman; 4) Allahın Elçilərinə iman; 5) Qiyamət gününə iman; 6) Qədərin xeyirinə və şərrinə iman gətirməkdir. Bunun dəlili, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu hədisidir: “İman – Allaha, Onun mələklərinə, Kitablarına, Elçilərinə, Qiyamət gününə, qədərin xeyirinə və şərrinə iman gətirməyindir.”
 
SUAL 23: İman artıb-azalırmı? 

CAVAB: Bəli, iman itaətlə, yaxşı əməllərlə artır, asiliklərlə, günah əməllərlə azalır. Bunun dəlili Ənfal surəsinin 2-ci ayəsidir. Allah təalə buyurur: “öminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,” Allah təalə həmçinin Tövbə surəsinin 124-cü ayəsində belə buyurur: “Bir surə nazil olduğu zaman münafiqlərdən bəziləri deyər: “Bu, sizin hansınızın imanını artırdı?” İman gətirənlərə gəldikdə isə bu surənin nazil olması onların imanını artırar və onlar sevinərlər.” Əbu Səid əl-Xudridən (Allah ondan razı qalsın) gələn rəvayətdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurur: “Sizdən biri bir pis əməl görərsə (şahid olarsa), əli ilə onu dəyişsin. Əgər əli ilə gücü çatmazsa, dili ilə onu dəyişsin. Əgər dili ilə də gücü çatmazsa, qəlbi ilə onu dəyişsin. Bu da imanın ən zəifidir.” Bu hədis də dəlildir ki, iman artır və azalır.SUAL 24: İmanın şöbələri neçədir?

CAVAB: İmanın şöbələri 60-dan və ya 70-dən yuxarıdır. Bunun da dəlili Əbu Hureyradan (Allah ondan razı qalsın) gələn hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “İmanın yetmiş və ya altmış neçəsə şöbəsi vardır. Onun əfzəli “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur) sözü, ən aşağı şöbəsi isə yoldan əziyyət verən maneəni uzaqlaşdırmaqdır. Həya da imandan bir şöbədir.” (Səhih Buxari və Muslim)SUAL 25: İmanın ən uca və ən aşağı şöbəsi hansıdır?

CAVAB: İmanın ən uca şöbəsi “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur) sözü, ən aşağı şöbəsi isə yoldan əziyyət verən maneəni uzaqlaşdırmaqdır. SUAL 26: İmanın bəzi şöbələrini qeyd et.  

CAVAB:Allaha iman, Onun mələklərinə iman, Kitablarına iman, Elçilərinə iman, Qiyamətə iman, qədərin xeyirinə və şərrinə iman və həmçinin namaz qılmaq, zəkat vermək, oruc tutmaq, həcc etmək, valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini birləşdirmək, doğru danışmaq, səbr etmək, əmanətiqorumaq, elm öyrənmək, halal yemək, həya, yoldan əziyyət verən maneəni uzaqlaşdırmaq imanın şöbələrindəndir. Buna dəlil Nəhl surəsinin 90-cı ayəsidir. Allah təalə buyurur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara vacib olanı verməyi əmr edir, çirkin işlərdən çəkindirməyi, azğınlığı qadağan edir. Allah sizə belə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.” Həmçinin Allah təalə Nisə surəsinin 58-ci ayəsində buyurur: “Allah sizə əmanətləri sahiblərinə qaytarmağınızı əmr edir.”SUAL 27: İmanın ən möhkəm dəstəyi (dayağı) nədir?

CAVAB: Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Buna dəlil İbn Abbasdan (Allah hər ikisindən razı qalsın) gələn rəvayətdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Əbu Zərrə (Allah ondan razı qalsın) belə buyurur: “İmanın hansı dəstəyi (dayağı) daha möhkəmdir?” Əbu Zərr (Allah ondan razı qalsın) dedi: “Allah və Onun Elçisi daha yaxşı bilir.” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Allah üçün sevmək və Allah üçün nifrət etməkdir.”

SUAL 28: Allaha hansı daha sevimlidir: güclü mömin, ya zəif mömin?

CAVAB: Güclü mömin Allaha daha sevimlidir. Buna dəlil Əbu Hureyradan (Allah ondan razı qalsın) gələn hədisdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Güclü mömin daha xeyirlidir və Allaha zəif mömindən daha sevimlidir. Hər ikisində də xeyir vardır. Sənə fayda verən şeyə həris ol və Allahdan yardım istə. Aciz olma. Əgər sənə bir şey üz verərsə, “Əgər belə etsəydim, belə-belə olardı”-demə. De: “Bu Allahın təqdiridir və Allahın istədiyi olur.” Çünki “əgər” sözü şeytanın vəsvəsələrinə yol açır.SUAL 29: Qulların üzərinə düşən ən birinci vacib nədir?

CAVAB: Allahı ibadətdə təkləşdirmək və ibadəti yalnız Ona yönəltməkdir. Buna dəlil İbn Abbasdan (Allah hər ikisindən razı qalsın) gələn rəvayətdir. O, rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Muazı (Allah ondan razı qalsın) Yəmənə göndərdiyi zaman belə dedi: “Sən Kitab əhlindən olan bir qövmün yanında gedirsən. Onları dəvət edərkən onları ən birinci Allaha ibadət etməyə çağır.”SUAL 30: Bütün Peyğəmbərlərin (Allahın onlara salamı olsun) ən birinci çağırdığı çağırış nə olmuşdur?

CAVAB: Tək olan Allaha ibadət etmək və Allahdan qeyrisinə ibadətdən çəkinməkdir. Buna dəlil Nəhl surəsinin 36-cı ayəsidir. Allah təalə buyurur: “Biz hər bir ümmətə elçi göndərdik ki, yalnız Allaha ibadət etsinlər və tağutdan (Allahdan qeyrisinə ibadətdən) çəkinsinlər. SUAL 31: Allahın dostları (övliyaları) kimdir?

CAVAB: Allahın dostları – iman gətirib, təqvalı olan (günahlardan çəkinən) kimsələrdir. Buna dəlil Yunus surəsinin  62-63-cü ayələridir. Allah təalə buyurur: “Bilin və agah olun ki, Allahın dostları nə qorxu, nə də kədər görərlər. Onlar iman gətirib, təqvalı olan (günahlardan çəkinən) kimsələrdir.

Müsibətlərdəki xeyirlər

 Sual: Dua edərək və ruqyə ayələri oxuyaraq sehrdən qorunmaq olarmı?

Cavab: Olar, insanın öz-özünə xüsusilə İxlas, Nəs, Fələq surələrini oxuması səbəblərdəndir. Ən birinci insan bilməlidir ki, bu bir imtahandır və hər bir imtahanla, insana üz verən sıxıntı, ağrı-acı ilə insanın dərəcəsi qalxır. Ondan sonra da düzgün, şəri yolla onu aradan qaldırması üçün səbəblərdən tuta bilər. 

Bəzən görürsən ki, müsibətdə olan mənəvi mənalar insanın sağalmasında, həmçinin sabit qalmasında ona daha çox təsir edir. Bəzən insan bu mənaları bilmədikdə düşünür ki, “filankəs salamatdır, rahat gəzir” və hətta görürsən insan bununla Allaha qarşı çıxa, etiraz edə bilər. Ona görə insan başa düşməlidir ki, heç bir şey Allahın izni olmadan baş vermir. Əgər bu Allahın təqdiridirsə, Allahın izni ilə olubsa, bunda bir xeyir var. Yəni, biri var bu insanın seçimi olmayıb, insan bunu istəməyib və bəla Allahın istəyilə üz verib. Allahın istəyilə olubsa, bu nə deməkdir? – Deməli bunda xeyir var. 

Həmçinin insan bilməlidir ki, Allah Ərhamur-Rahimindir, ən böyük Mərhəmət Sahibidir. Əgər müsibət ən böyük Mərhəmət Sahibi tərəfindən gəlibsə, deməli burada mərhəmət var. Allahın insana , quluna olan mərhəməti, şəfqətli ananın övladına olan mərhəmətindən daha böyükdür. Allah Təala sənə sənin özündən daha Rəhmlidir. Ona görə insan düşünməməlidir ki, burada bəla var. Bəlanın mənalarından biri imtahan, yoxlanma deməkdir. 

Həmçinin insan heç vaxt düşünməməlidir ki, bu, onu məhv eləmək üçündür. Yəni, Allah Təala müsibəti qulunu məhv eləmək üçün, həlak eləmək üçün göndərmir. Allah Təala bunu qulun səbrini, qulluğunu sınamaq üçün göndərir. Deməli hər bir halda insanın üzərinə qulluq düşür. Hər bir halda – vəziyyəti yaxşı olanda da, səhhəti yaxşı olanda da, həmçinin sıxıntı içində olanda da, firavanlıqda da, müsibətdə də. Və qul o kimsədir ki, hər bir halı düzgün qarşılayır. Əgər insan sıxıntıya düşən kimi etiraz, asilik edirsə, o insan qul adından çıxır, qul adına layiq görülmür. Yəni, əsil qul adına layiq görülən insan hər iki halda da – işləri yaxşı gətirəndə də, firavanlıqda da, müsibətdə də Allahı tanıyandır və o qulluq vəzifəsini düzgün yerinə yetirəndir.

Bu barədə çoxlu hədislər var – qulun Allah qatında əzəldən yazılmış bir dərəcəsi olur. O, bu dərəcəyə əməli ilə çatmırsa Allah Təala ona müsibət göndərərək onu əzəldən yazılmış o dərəcəyə çatdırır. Deməli insan müsibətlə, sıxıntı, bəla, ağrı-acı ilə – əməllə, ibadətlə çatmadığı dərəcələrə çatır. 

Başqa bir hədisdə gəlir ki, insan xəstələndiyi zaman Allah Təala mələklərə deyər ki, baxın qulum onu ziyarət edənlərə nə deyir. Əgər qul Allaha həmd edərsə, mələklər Allaha çatdırmaq üçün qalxar. Allah Təala onlardan yaxşı bildiyi halda onlar deyərlər ki, o Həmd elədi, etiraz eləmədi. Allah Təala mələklərə deyər ki, əgər o qulum xəstəlikdən ölərsə onu Cənnətə daxil edərəm. Əgər o xəstəlikdən sağalarsa, onun ətini başqa xeyirli ətlə, qanını başqa daha xeyirli bir qanla əvəz edərəm və günahlarını bağışlayaram. 

Ona görə insan heç vaxt Allahdan ağrı-acı, problem, sıxıntı istəməməli, arzulamamalıdır. Amma əgər o istəmədən üz veribsə, bilməlidir ki, Allahın seçimi, Allahın təqdiri xeyirdir. İnsan bu təsəlliverici hədisləri belə anlarda xatırlamalıdır. Çünki bu hədislər insana böyük mənəvi təsəlli olur. Bu hədisləri bilmədiyi zaman isə insan nə qədər xeyirlər itirmiş olur. 

İnsan bununla həm savablar əldə edir, həm də xəstəliyin daha tez aradan qalxmasına səbəb olur. Bunları bilməyəndə və düzgün qarşılamayanda isə həm savabları itirir, həm də xəstəliyinin daha da artmasına səbəb olur. Ona görə fikir verin ki, iman neməti nə qədər böyük bir nemətdir. İnsanın məsələləri düzgün qarşılamasında insan üçün nə qədər böyük xeyirlər, rəhmətlər vardır. Düzgün qarşılamazsa, bu onun üçün bir bəla, cəza, əzab olur. Düzgün qarşılayarsa, o bəla özü nemətə çevrilir. 

Əgər bu bəlalara səbəb olan açıq-aydın günahlar varsa, insan bundan çəkindirilməlidir. Əgər səbəb olmadan, istəmədən baş verən hadisələr üz verirsə, məsələn insan yıxılır, başına daş düşür, uçqunlara məruz qalırsa – bu məsələlərdə insanın üzərinə düşən birbaşa təslimiyyətdir. 

İbn Qeyyim (rahiməhullah) deyir:

 – Əgər bu cür sıxıntılar, müsibətlər, ağrı-acılar olmasaydı, insana onu məhv edən xəstəliklər üz verərdi: qəlbin sərtliyi, təkəbbürlük, özündən razılıq, fironluq. 

Əgər insanın işləri, ticarəti həmişə yaxşı gedərsə, hara getsə sözü keçərsə, problemlə qarşılaşmazsa, bu xəstəliklər onun qəlbini qaplayar. Allah Təala o müsibətləri dərman olaraq göndərir.

Allah Təala quluna nemət verir. Qul o neməti dəyərləndirməyəndə, Allah Təala dərman olaraq müsibətlər göndərir. 

Qulunu o qəlb xəstəliklərdən təmizləyir, dünyadakı ən uca dərəcəyə – qulluq dərəcəsinə qaldırır. Baxırsan ki, müsibət gələnə qədər insan Allaha ibadət etmir, Allaha yalvarmırdı. Çünki ona elə gəlirdi ki, bu etdiyi əməllər, bu ticarət öz bacarığına, öz hünərinə görədir. Müvəfəqiyyəti özündən görür, Allahın yardımını, Allahın rəhmətini unutmuşdu. 

Sıxıntı gəldikdə isə, insan nə qədər çalışsa da nəticə olmur və o zaman başa düşür ki, Allahın yardımı olmasa, nə qədər ağlını işə salsa da, səbəblərdən tutsa da, müvəffəq olmaq mümkün deyil. O zaman insan nə etməyə başlayır? Öz acizliyini, möhtaclığını hiss edərək Rəbbinə tərəf üz tutur, yalvarmağa başlayır. Və insan öz acizliyini, kasıblığını nə qədər ortaya qoyarsa, Allah Təala onu bir o qədər qaldırır.

Deməli insanı bu dünyada ucaldan qulluq – yəni, ibadətdir. Qulluğu da ən bariz ortaya qoyan əməllərdən biri duadır. Necə ki, İbn Qeyyim buyurur, insan qul olaraq bədənində olan hər bir zərrəciyi ilə Rəbbinə möhtac olan bir kimsədir. Əgər insan möhtacdırsa, nə etməlidir? Öz ehtiyacını izhar eləməlidir. Əgər izhar eləmirsə, dua etmirsə, deməli o insan təkəbbürlü insan sayılır. Hətta desə də ki, təkəbbürlü deyiləm, təkəbbürlü sayılır.  

Çünki Allah Təala Quranda buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” 

Dua etməyən insanı nə adlandırır Allah Təala? Təkəbbürlü adlandırır. Deməli müsibət dərmanı ilə Allah Təala Öz qulunu 

  1. qəlb xəstəliklərindən təmizləyir;
  2. dünyadakı ən yüksək dərəcəyə – qulluq dərəcəsinə qaldırır; 
  3. üçüncü mükafat isə Axirət mükafatlarıdır.